
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Dağıstanın Qarabudaqkənd rayonunun Manas qəsəbəsi yaxınllığında baş verib.
Məlumata görə, Bakıya hərəkət edən "Mercedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və maşın yol kənarındakı mağazaya çırpılıb. Nəticədə adı hələlik açıqlanmayan sərnişinlərdən biri xəsarət alıb..