Ukrayna münaqişəsinin nizamlanması üzrə konfransın ikinci raundu bu il baş tuta bilər və Rusiya orada təmsil olunmalıdır.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Başa düşürük ki, bu ilin sonunda sülh konfransının növbəti raundunun keçirilməsi üçün səylər göstərilir. Biz bunu alqışlayırıq və yüksək qiymətləndiririk. Əgər gələcək sülh konfransının uğurlu olacağına ümid etmək istəyiriksə, hər iki tərəfin təmsil olunmasını təmin etməliyik”, - o vurğulayıb.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində keçirilən Ukrayna ilə bağlı konfransda Rusiya iştirak etməyib.
.