Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Belarus ərazisindən NATO ölkəsinə hücum planları ilə bağlı açıqlamasına münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kremldə belə bir açıqlamanın heç bir şərhə layiq olmadığını düşünürlər.

"Bəli, Belarus bizim müttəfiqimizdir. Bizim Belarusla ittifaq dövlətimiz var. Amma o, suveren dövlətdir. Buna görə də belə bir açıqlama müharibəni daha da qızışdırmaq və gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

.