Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin 45-ci prezidenti Donald Tramp arasında 2021-ci ildən 7 dəfə telefon danışığının olması barədə xəbərlər həqiqətəuyğun deyil.
Yenizaman-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bununla yanaşı, o COVID19 pandemiyasının başladığı ilk vaxtlarda ABŞ-nin Rusiyaya analizlərin aparılması üçün avadanlıq tədarük etdiyini təsdiqləyib.
D.Peskovun sözlərinə görə, rəsmi Moskva da ABŞ-yə sözü gedən testlərin həyata keçirilməsi üçün avadanlıq göndərib.
Qeyd edək ki, “The Washington Post“ nəşrinin redaktorlarından Bob Vudvord belə bir iddia ilə çıxış etmişdi.
.