ABŞ-dəki prezident seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur.
Yenizaman-ın “Interfax”a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib.
D.Peskovun sözlərinə görə, ABŞ-də həm Rusiyanı, həm də Prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, Çin və İranın ölkədəki prezident seçkisinə müdaxilə planı hazırladığı barədə məlumat yayıb.
.