Fransa hökumətinin Rusiyadan hərəkət edən tankeri saxlaması qanunsuzdur.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bəyan edib.

"Biz bu cür hərəkətləri qanunsuz hesab edirik, onlar beynəlxalq dəniz quldurluğuna bərabərdir. Biz onların beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilməsi ilə qətiyyən razı deyilik", - o deyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində ölkənin Hərbi Dəniz Qüvvələri tərəfindən tankerin saxlanması barədə məlumat verib.

.