Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Mayk Pompeonun Çinə qarşı ittifaq yaratmaq fikrinə münasibət bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Prezidentin Moskvanın heç vaxt kiməsə qarşı alyanslarda iştirak etməyəcəyi, bizim kiməsə qarşı dostluq etmədiyimizə dair sözlərini xatırlatmaq istəyirəm”, - deyə, D.Peskov bildirib.

O qeyd edib ki, Çin Rusiya üçün müttəfiq və tərəfdaşdır.

.