ABŞ-ın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməsi qərarı eskalasiyanın keyfiyyətcə yeni səviyyəsinə keçid olacaq.

APA xəbər verir ki, barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, bu qiymətləndirməni həm Prezident Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov paylaşır.

“Biz bunu dəfələrlə demişik… Bu, eskalasiyanın keyfiyyətcə yeni səviyyəsinə doğru çox ciddi bir addım olacaq”, – deyə Peskov vurğulayıb.

.