Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan qarşısında öhdəliyi Dağlıq Qarabağa şamil olunmur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, prezident Vladimir Putinin qısa müddət əvvəl dediyi sözləri xatırladıb:

“Prezident bunu açıq şəkildə ifadə etdi. Hazırda söhbət Ermənistandan gedir. KTMT öhdəlikləri Qarabağa şamil olunmur”.

D.Peskov əlavə edib ki, müqavilənin üzv ölkələri digər üzvün ərazisinə xaricdən müdaxilə olacağı təqdirdə onun müdafiəsinə qalxmalıdır:

“Münaqişənin Ermənistan ərazisinə yayılması məlumatı həqiqəti əks etdirmir. Bu cür məlumatlar təsdiqini tapmayıb”.

.