
Rusiya Ermənistan və Azərbaycan arasında normallaşmaya kömək etməyə hazırdır, lakin eyni zamanda iki tərəfin müstəqil səylərini alqışlayacaq.
Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın bu məsələdə Moskvanın vasitəçiliyinə çətin ki razı olacağı barədə bəyanatını şərh edərkən deyib.
.