Kreml ABŞ Prezidenti Cozef Baydenin Rusiya dövlət başçısı Vladimir Putin haqqında dediklərini qəbuledilməz adlandırıb.
Yenizaman"İnterfaks"a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Cozef Baydenin fikirlərini şərh edib.
“Biz Rusiya dövlət başçısı ilə bağlı bu fikirləri tamamilə qəbuledilməz davranış hesab edirik. Mən Prezident Vladimir Putinlə bağlı bəyanatları nəzərdə tuturam. Bu, dərhal diqqət yetirdiyimiz və bizim üçün tamamilə qəbuledilməz bir məsələdir", - o bildirib.
.