Avropa münaqişənin tərəfidir və Ukrayna münaqişəsinin həllində vasitəçilik edə bilməz.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda Avropa münaqişənin tərəfidir. Ukraynadan tərəfdir. Unutmayın ki, Avropa silahları birbaşa bizə atəş açır və bunu görməzdən gəlmək mümkün deyil. Ona görə də, əlbəttə ki, Avropa bu statusda heç bir vasitəçi roluna iddia edə bilməz", - Kremlin sözçüsü qeyd edib.
.
