Ukraynada xüsusi əməliyyat plan üzrə gedir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfinin Rusiya Federasiyasının uzanan münaqişəyə hazırlaşması ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Heyns Rusiya hakimiyyətinin Ukraynada uzun sürən münaqişəyə hazırlaşdığını və Donbasdan kənarda hədəflərə çatmağa ümid etdiyini bildirib.

“Biz xüsusi hərbi əməliyyatın plana uyğun inkişaf etdiyini təkrarlayan və bir müddət öncə təsdiqləyən prezidentin (Rusiya prezidenti Vladimir Putin-red) bəyanatlarına diqqət yetirməyi təklif edirik”, - deyə Peskov Amerika kəşfiyyatının rəhbərinin sözlərinə Kremlin necə şərh verə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.

.