Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir.
Bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Enerji təhlükəsizliyinin təmin olunması üçün enerji resurslarının mövcudluğu vacib olsa da, bu, özlüyündə kifayət deyil.
Nazirin sözlərinə görə, enerji təhlükəsizliyi üçün etibarlılıq, uzunmüddətli öhdəliklər və dayanıqlılıq əsas amillərdir.
P. Şahbazov qeyd edib ki, enerji siyasətləri balanslı, praqmatik və gələcəyə yönəlmiş olmalıdır. O vurğulayıb ki, son illərdə yaşanan enerji böhranları enerji mənbələrinin, marşrutların və texnologiyaların şaxələndirilməsinin vacibliyini bir daha nümayiş etdirib.
Nazir əlavə edib ki, Azərbaycan etibarlı və proqnozlaşdırıla bilən enerji təchizatçısı olmaqla yanaşı, tərəfdaşları ilə birlikdə həm bu gün, həm də gələcək üçün enerji təhlükəsizliyinin qurulmasına töhfə verir.
.
