Pentaqon ABŞ Konqresinin təklifi ilə 2025-ci maliyyə ilində müdafiə büdcəsinin 150 milyard dollar artırılması çərçivəsində ordu üçün orta mənzilli ballistik raketlərin istehsalının maliyyələşdirilməsi ilə əlaqədar əlavə 639 milyon dollar alacaq.

Yenizaman “İnterfaks”a istinadən xəbər verir ki, bu, dərc edilmiş qanun layihəsində öz əksini tapıb.

ABŞ Soyuq müharibənin başa çatmasından bəri orta mənzilli ballistik raketlərə malik olmayıb.

1988-2019-cu illərdə ABŞ və Rusiyaya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqaviləyə uyğun olaraq maksimum uçuş məsafəsi 500-dən 5,5 min kilometrə qədər olan yerüstü ballistik və qanadlı raketlərin hazırlanması və yerləşdirilməsi qadağan edilmişdi.

.