Pentaqon Türkiyəyə F-35 üçün hissələrin tədarükünün dayandırılmasını təsdiq edib.
"RİA Novosti" verdiyi məlumata görə, Pentaqondan bildiriblər ki, Türkiyə S-400 zenit-raket sistemlərində imtina eməyənə qədər F-35 üçün hissələrin tədarükü və Türkiyəyə F-35 ilə əlaqədar operativ potensialın verilməsi ilə bağlı fəaliyyət dayandırılıb.
Qurumdan qeyd ediblər ki, Türkiyə ilə bu istiqamətdə danışıqlar davam etdirilir.
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi ABŞ-ın Türkiyəyə F-35 üçün hissələrin tədarükünü dayandırdığını bildirmişdi.
.
