Səudiyyə Ərəbistanı beynəlxalq koalisiya qüvvələrinin Suriyada terrorçuların mövqelərinə zərbələrin endirilməsi əməliyyatında iştirakını bərpa edib. Yenizaman.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.
"Səudiyyə Ərəbistanı son günlər əməliyyatlarda iştirak edib”, deyə Kuk brifinqdə bildirib.
Pentaqonun rəsmi nümayəndəsi qeyd edib ki, müdafiə naziri Eşton Karter hadisələrin inkişafı barədə daim məlumatlandırılır: "Nazir müttəfiqlərin koalisiyanın əməliyyatlarına verdiyi töhvəni alqışlayır”.
.