Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi “Twitter“ hesabında məlumat verilib.

“Biz START-3 müqaviləsinin prosedurları vasitəsilə Rusiyanın qitələrarası ballistic raketi sınaqdan keçirəcəyi barədə məlumat aldıq”, - deyə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinqdə bidirib.

O əlavə edib ki, bildiriş həftəsonu alınıb.

Fevralın 21-də CNN adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ərəfəsində raket sınağı keçirib.

Məlumata görə, buraxılış uğursuz olub.

.