ABŞ-ın şimalında Çinin kəşfiyyat hava şarı müəyyən edilib.

Bu barədə Pentaqon məlumat yayıb.

Vaşinqton mühüm məlumatların toplanmasından qorunmaq üçün tədbirlər gördüyünü açıqlayıb.

ABŞ ordusunun sözçüsü Patrik Rayderin sözlərinə görə, Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı da daxil olmaqla, ABŞ səlahiyyətliləri hava şarına nəzarət etməyə və onun hərəkətini izləməyə davam edir.

“Şar hazırda hava səyahəti üçün nəzərdə tutulan yüksəklikdən əhəmiyyətli dərəcədə hündürdə hərəkət edir və yerdəki insanlar üçün heç bir təhlükə törətmir”, - deyə Rayder əlavə edib.

.