Prezidentin Sərəncamı ilə pensiyaçılara ödəniləcək 200 manatlıq yardımın rüblər üzrə hansı aylarda veriləcəyinə aydınlıq gətirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, 200 manat yardım hər rüb üzrə 50 manat olmaqla rübün ilk ayının pensiyaları ilə birgə ödəniləcək.
"İlk rübün yardımı isə fevral ayında artımlarla birgə pensiyaçıların hesabına köçürüləcək", - o qeyd edib.
.
