Özbəkistanda martın 15-dən etibarən pensionerlər Daşkənd metropolitenindən gündüz saatlarında pulsuz istifadə edə biləcək.

Özbəkistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar qəbul edib.
Gündüz saat 10-dan saat 16:00-a qədər təqaüdçülər şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan məhdudiyyətsiz istifadə edə biləcək.

.