Pekində Olimpiya kəndləri işə başlayıb və ilk nümayəndə heyətlərini qəbul edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

İlk iş günündə kəndlərə Çin, Avstraliya, Kanada, ABŞ və digər ölkələrdən 20-dən çox nümayəndə heyətinin üzvləri gəlib.

Kəndlərin rəsmi açılışı isə yanvarın 27-də baş tutacaq.

Qeyd edək ki, Pekin 2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

.