Paytaxtın Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Nəticədə 1963-cü il təvəllüdlü Abbasov Vaqif Mirzahid oğlu və 1993-cü il təvəllüdlü Xudaverdiyev Tural Bayram oğlu xəsarət alıblar.

Yaralılar "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Abbasov Vaqifə döş qəfəsinin küt travması, Xudaverdiyev Turala isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
.