Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan-Ermənistan münasibətlərinin hansı halda normallaşa biləcəyini açıqlayıb.

Yenizaman TASS-a istinadən xəbər verir ki, o, bu barədə Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında bildirib.

Patruşev qeyd edib ki, Bakı ilə İrəvan arasında normallaşma yalnız qeyri-regional qüvvələrin vəziyyətə müdaxilə etməyi dayandırdıqları halda mümkündür.

.