Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı tərəfləri dialoqu davam etdirməyə çağırıb.

Bu barədə Rusiya Pravoslav Kilsəsinin saytında Patriarx Kirillin bəyanatı yerləşdirilib. 

Patriarx Kirillin bəyanatında iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfdən insan itkilərinə gətirib çıxaran silahlı qarşıdurmanın baş verdiyi xatırladılıb: “Bu gün Rus Pravoslav Kilsəsi münaqişənin hər iki tərəfini dialoqa çağırır. Qafqazda gərginliyin artmasının sərf etdiyi güclərin arxasınca getməməyə çağırıram. Qafqazda yeni bir müharibə, bölgəni uzun müddət sülh və əmin-amanlıqdan məhrum edən hər cür terrorçu və ekstremisti cəlb edəcək”.

Patriarx Kirill bəyanatında qeyd edib ki, Azərbaycan və Ermənistanın dini icmaları hazırda çox tələb olunan dialoq qurmaqda təcrübə toplayıblar. 

Patriarx Kirill 2017-ci ilin 8 sentyabr tarixində ölkələrin Ermənistan və Azərbaycan xalqlarının daim yan-yana yaşayacaqlarını əks olunduğu dini liderlərin deklarasiyasını xatırladıb. Bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektivləri olmadığı qeyd olunub: "Rus Pravoslav Kilsəsi münaqişənin ən qısa zamanda sona çatması üçün dua edir. Ümidvarıq ki, qardaş Ermənistan və Azərbaycan xalqları düşmənçiliyə son qoyacaq, inamsızlıq səviyyəsini azaldacaq və bölünən problemlərin qarşılıqlı məqbul həllinə nail olmaq üçün özlərində güc və müdriklik tapacaqlar”.

.