2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin çağrı mərkəzi fəaliyyətini gücləndirib.

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, miqrantlar bu çağrı mərkəzi ilə xidmətə müraciət ediblər: “Müraciətlər dərhal araşdırılıb və onların problemləri həll olunub. Pasport müddəti bitən miqrantların müvəqqəti yaşamasına icazə verilib. Əcnəbilərə şərait yaratdıq ki, onlar həmin sənədlərlə ölkə ərazisində problemsiz yaşaya bilsinlər. Əcnəbilərin rahatlığını təmin etmək üçün lazım olan şərait yaradılıb, onların miqrasiya problemləri ilə mütəmadi maraqlanılır”.

.