Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə keçirdikləri görüşdə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.

Ermənistan hökumətindən verilən məlumata görə, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 %-nin razılaşdırıldığını bildirib.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.

Tərəflər Ermənistan-Fransa gündəmini müzakirə ediblər.

Bundan əlavə, Paşinyan və Makron Ermənistan-Aİ əməkdaşlığını, o cümlədən Aİ-nin Ermənistandakı missiyasını, Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri müzakirə ediblər.

.