Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
.
