Qars-Gümrü dəmir yolunun və əlaqəli infrastrukturun bərpası üzrə işlər davam edir, lakin son tarixlər barədə danışmaq hələ tezdir.
"Armenpress"in məlumatına görə, bunu bu gün brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz bu istiqamətdə işləyirik və hazırda son tarixlər barədə heç nə deyə bilmərəm, çünki bir çox texniki qiymətləndirmə işləri var”, - o qeyd edib.
Paşinyanın sözlərinə görə, texniki problemləri aşkar olunur.
“Ehtiyacları qiymətləndirib işə başlamalıyıq”, - Baş nazir əlavə edib.
Qeyd edək ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümrü-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar.
.
