Bakı ilə sülhün bağlanması İrəvan üçün Rusiya ilə münasibətlərdə də yeni imkanlar açacaq.

Bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Ermənistan Baş naziri Rusiya liderinə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəklədiyinə görə təşəkkür edib.

O, həmçinin Rusiyadan Azərbaycandan keçən qatarların Ermənistana gəlməyə başladığını tarixi hadisə adlandırıb.

Paşinyan Putinə TRIPP-nin inşası barədə də danışıb. O qeyd edib ki, bu kontekstdə "Ermənistan və ABŞ arasında konstruktiv danışıqlar" gedir.

Paşinyan Putinlə görüşdə Ermənistanı Azərbaycanla birləşdirən dəmir yolu xətlərinin bərpası məsələsinə toxunub

“Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı haqqında. Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan ərazisindən gəlir, bu, mənim fikrimcə, həqiqətən tarixi hadisədir. Qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”.

Bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Artıq ölkəmizin ərazisində bəzi digər dəmir yolu sahələrinin bərpası gündəliyi formalaşıb. Söhbət xüsusilə İcevan, Yerasx (Arazdəyən-red.) və Axurik istiqamətlərindən gedir. Bunlar Ermənistanı Azərbaycanla, onun əsas ərazisi, Naxçıvan və Türkiyə ilə kifayət qədər fəal siyasi proses fonunda birləşdirən dəmir yolu xətləridir. Eyni zamanda, demək olmaz ki, hazırda bu dəmir yollarının açılması ilə bağlı artıq siyasi qərarlar qəbul edilib, lakin mənim fikrimcə, vəziyyət hazırlıq işlərinə başlanılması üçün lazım olan mərhələyə çatıb”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib. Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Həmçinin, Paşinyan Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.

.