![](/uploads/img/posts/2024/03/27/568d693d-ac9e-3a94-aecb-1d085dcfa5f8_850jpg-1711542754.jpg)
Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.
Yenizaman “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.
Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.
.