Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin 44 günlük müharibədə itkiləri ilə bağlı yeni rəqəmi açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, Paşinyan Qarabağ müharibəsində 3 773 nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, son məlumatda Ermənistan tərəfinin itkilərinin sayı 3 621 nəfər olaraq göstərilmişdi.

.