Delimitasiya prosesi nəticəsində Ermənistanın dövlətçiliyi ilə bağlı problemin 60 faizini həll etmişik.

Yenizaman-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

O həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının əsaslandığı xəritəni deputatlara nümayiş etdirib.

Ermənistanın hökumət rəhbəri bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib və Silahlı Qüvvələrinin Baş Qərargahı ondan istifadə edib. O həmçinin, Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb və bu prosesi uğur kimi dəyərləndirib:

"Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan fikirlərini belə yekunlaşdırıb.

.