Baş nazir Nikol Paşinyan sentyabrın 12-13-də sərhəddə toqquşmalarda Ermənistanın itkilərini açıqlayıb.

 “Sputnik Armenia” xəbər verir ki, Nikol Paşinyan Təhlükəsizlik Şurasının bugünkü iclasında Azərbaycanla sərhəddə Ermənistan Ordusunun 207 hərbçisinin öldüyünü, yaxud itkin düşdüyünü bildirib.

Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində 293 nəfər hərbi qulluqçu yaralanıb.

Bu rəqəmləri Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında etiraf edib.
 

.