Ermənistan noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Ermənistanın baş naziri ümid edir ki, iki ölkənin xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşündən sonra irəliləyiş olacaq.
.