Ermənistan hökuməti 2023-2025-ci illərdə müdafiə-sənaye kompleksinə təxminən 450 milyon dollar investisiya yatırıb.

Yenizaman-ın "Armenpress"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində dərc olunmuş videomüraciətində bildirib.

"2023-2025-ci illər ərzində hökumət Ermənistanın müdafiə-sənaye kompleksinə təxminən 171 milyard dram investisiya yatırıb. Bu, təxminən 450 milyon ABŞ dollarıdır", - o qeyd edib.

.