Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinə hücum ittihamları ilə razılaşmır.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, o, brifinq zamanı bu məsələyə toxunub.

“Birincisi, ondan başlayaq ki, mənim tərəfimdən Erməni Apostol Kilsəsinə hücum yoxdur. Qeyd etmək istəyirəm ki, kilsə sənədlərində heç bir yerdə katolikos vəzifəsini tutan şəxs və kilsənin eyni olduğu yazılmır. Heç bir yerdə yepiskop və kilsənin eyni olduğu yazılmayıb”, - Ermənistan Baş naziri bildirib.

Onun sözlərinə görə, erməni kilsəsinin tarixində katolikosun devrildiyi və vəzifədən getdiyi bir sıra hallar olub.

“Bundan sonra kilsə dağıldı? Xeyr, dağılmadı”, - Nikol Paşinyan əlavə edib.

.