"Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”.

"RİA Novosti” verdiyi məlumata görə, bunu Ermənistan parlamentində baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib.

O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.

Paşinyan Azərbaycan qarşısında qondarma şərt də irəli sürüb.

"Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram. Lakin qeyd etmək istəyirəm ki, münaqişədə Dağlıq Qarabağ tərəf kimi çıxış etməyənə qədər danışıqların heç bir effekti olmayacaq”, - deyə o iddia edib.


.