Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun hazır məhsullar anbarında partlayış baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, partlayış hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən baş verib.

Hadisə nəticəsində yaralıların hamısı hərbçilərdir. Onların hamısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.

.