Ermənistanın Vətəndaş Müqaviləsi Partiyası Nikol Paşinyanı Baş nazirliyə namizəd kimi rəsmi olaraq təsdiqləyib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qərar hakim partiyanın qurultayında elan edilib.

Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan partiyanın 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi proporsional təmsilçilik siyahısını açıqlayıb. Paşinyan 283 namizədin daxil olduğu siyahıya başçılıq edir.

.