Parlamentin iclasları dekabrın 20-nə qədər elektron formada keçiriləcək, karantin rejimi deputatlara şamil olunmayacaq

"Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək.

Bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydasını və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin Milli Məclisin deputatlarına şamil olunmamasını nəzərdə tutur.
.