Milli Məclisdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyətlə bağlı dinləmə keçiriləcək.

Bu, parlamentin Səhiyyə komitəsinin 2021-ci il 7 oktyabr tarixli iclasının gündəliyinə daxil edilib.

Komitədə dinləmədə koronavirusla bağlı ölkədəki mövcud vəziyyətlə bərabər, vaksinasiya və görülən digər tədbirlər barədə də müzakirələr aparılacaq.

.