"Tez-tez bir ifadə işlənilir ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir. O gedən də yüzlərlə insanı gedər-gəlməzə göndərib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Fazil Mustafa xatırladıb ki, bu günlərdə Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov müsahibə verib: "O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirib. Hətta birbaşa keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu suçladı. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verdi. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq".
.