Bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.
APA-nın "Le Monde”a istinadən verdiyi məlumata görə, əməliyyat Paris ətrafındakı San-Denidə, "Stade de France” stadionunun yaxınlığında keçirilib. Əməliyyat zamanı 2 terrorçu öldürülüb. Daha 3 nəfərin sağ yaxalandığı xəbər verilir. Bir neçə polis yaralanıb.
Əməliyyat keçirilən ərazi ətrafdan təcrid edilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
.
