Fransada erməni piyadaların üzərinə maşın sürüb.

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, hadisə paytaxt Parisin Kretey qəsəbəsindəki məscidin yanında baş verib.
Məscid ətrafında quraşdırılan hasara görə hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerindən qaçan 43 yaşlı erməni sonra polis tərəfindən saxlanılıb. O bildirib ki, Parisdə bir müddət əvvəl terror aktları törətmiş radikallardan qisas almaq istəyib.
Hazırda psixoloq nəzarəti altında olan şəxsin əvvəllər xırda qanun pozuntulara görə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Piyadaların üzərinə maşın sürərkən o, sərxoş olub.
.