Amerikalı aktrisa Paris Hilton 40 yaşlı iş adamı Karter Reumla nişanlandığını açıqlayıb.

O, bu barədə “Instagram” hesabında yazıb.

Hilton bu mühüm hadisə barədə ad günündə - 17 fevralda bildirib.

“COVID ilə keçən il çox şeyi sürətləndirdi. Davamlı səyahət edən biri olaraq evdə qalmaq və mənim üçün vacib olan şeyləri yenidən nəzərdən keçirmək fürsətinə sahib oldum”, - deyə 40 yaşı tamam olan Hilton qeyd edib.

Aktrisanın sözlərinə görə, pandemiya zamanı sevgilisi ilə keçirdiyi vaxt onun üçün “əsl hədiyyə” olub.

Hilton və Reum bir-birlərini təxminən 15 ildir tanıyırlar, lakin isti münasibətlər bir ildir başlayıb.

.