Gürcüstan və gürcü xalqına qarşı açıq düşmənçilik siyasəti yürüdən prezident Zelenski bizim üçün meyar deyil.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
O, Gürcüstan üçün əsas meyarın Ukrayna xalqı olduğunu qeyd edib.
“Dəfələrlə bəyan etmişik ki, Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı apardığı düşmənçilik siyasətinə baxmayaraq, biz Ukrayna xalqını dəstəkləməyə sadiq qalırıq. Müharibənin ilk günündən biz Ukrayna xalqını dəstəkləmək üçün lazım olan hər şeyi edirik”, - spiker əlavə edib.
Papuaşvili vurğulayıb ki, Ukraynanın dövlət başçısı şəxsən müxtəlif qərarları ilə gürcü xalqına qarşı nankorluq göstərir.
Qeyd edək ki, Gürcüstan Ukrayna üzrə Kompensasiya Komissiyasının yaradılmasını dəstəkləyib. XİN başçısı Maka Boçorişvili Haaqada müvafiq konvensiyanı imzalayıb.
.
