İnsanlara daş, “Molotov kokteylləri" atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.

“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexnika ilə atəş açılmasını hansısa zarafat kimi adlandırdığını, 140 polisin xəsarət aldığını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitərlərdən istifadə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı istifadə edilməsi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu, utancdır”, – deyə parlament sədri vurğulayıb.

.