“İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupunun üzvləri olaraq 44 günlük müharibədən sonra ilk dəfədir bu ərazilərə səfər edirik”.

Bunu Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx Ağdamda bildirib.

O, Azərbaycanın qazandığı zəfərlə bağlı təbriklərini çatdırıb: “Təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz artıq öz gözümüzlə görürük ki, ərazilər hansı vəziyyətdədir. Onu da qeyd edim ki, İƏT hər zaman Ermənistanın əleyhinə olaraq Azərbaycana siyasi dəstək verib. Pakistan da dövlət olaraq Azərbaycana öz dəstəyini göstərib. Ümidvaram ki, artıq sülh bərpa olunur. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də kontakt qrupun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, İƏT-ə üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”. 

.