Pakistanın baş naziri Navaz Şərif vəzifədən kənarlaşdırılıb.

AP-i verdiyi xəbərə görə, bu barədə qərarı Pakistanın Ali Məhkəməsi verib.

Nəvaz Şərif və onun ailə üzvləri rüşvətxorluqda ittiham olunurlar. Şərif ailəsinin ofşor şirkətlər vasitəsi ilə çirkli pulları yumasına dair məlumatlar "Panama Sənədləri”ndə ifşa olunmuşdu.

Lakin, Nəvaz Şərif heç bir qanunsuz hərəkətə yol vermədiyini bildirib. Ali Məhkəmə Nəvaz Şərifin artıq parlament üzvlüyünə layiq olmadığını bəyan edib.


.